Cümə günü Braziliya prokurorluğu “Vasko da Qama”nın 38 yaşlı fransalı hücumameylli yarımmüdafiəçisi Dimitri Payetə qarşı şikayət açıb.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Şikayətin əsasını, Payetə qarşı braziliyalı vəkil Larissa Ferrarinin irəli sürdüyü, futbolçunun ona mənəvi, fiziki və cinsi təcavüz göstərməsi iddiası təşkil edir.
Prokurorluğun məktubunda deyilir:
“Dimitri Payetə qarşı şikayət qaldırılıb və məişət zorakılığı üzrə işlərə dair Yeddinci Məhkəyə ötürülüb”.
Xatırladaq ki, daha əvvəl Larissa Ferrari bildirib ki, Dimitri Payetlə romantik münasibətdə olub. Ancaq sonta Payet qızışıb özündən çıxıb, onu təhqir edərək alçaldıb və vurğulayıb ki, müvafiq yolla Payet ondan məhəbbətini sübut etməsini tələb edib. Həmçinin Ferrari vurğulayıb ki, Payet onu döyüb.
Hazırda Payet “Vasko da Qama”dan ayrılmağa hazırlaşır, futbolçu azad agentə çevriləcək. Ancaq futbolçu Braziliya məhkəməsindən yayına bilməyəcək.


