Bupendzada koronavirus aşkarlandı

Futbol üzrə Qabon milli komandasının və Türkiyənin “Hatayspor” klubunun hücumçusu Aaron Bupendzada koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, 24 yaşlı hücumçunun millinin düşərgəsində verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bu üzdən də Bupendza Qabon yığmasının Anqola ilə matçının heyətindən çıxarılıb.

2020-ci ilin avqustundan “Hatayspor”da çıxış edən Bupendza, bu mövsüm Super Liqada 18 qolla bombardirdir.