“Çelsi” qanalı yarımmüdafiəçi Məhəmməd Kudusun transferi ilə bağlı “Ayaks” rəhbərliyi ilə danışıqlara başlayıb.
Arena.az bu barədə “Football London”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Çelsi”nin hücumameyilli yarımmüdafiəçi rolu üçün əsas namizədlərdən biri olaraq qalır. Futbolçunun özü də “zadəganlar”a qoşulmaqda maraqlıdır. “Ayaks” çox güman ki, yarımmüdafiəçisini münasib qiymətə satmağa hazırdır.
Geridə qalmış 2022/2023 mövsümündə Kudus “Ayaks”ın heyətində 42 oyun keçirib, 18 qol vurub, 7 məhsuldar ötürmə verib.
Kudusun Amsterdam klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Məhəmməd Kudusu 40 milyon avro məbləğində qiymətləndirir.


