“Çelsi” futbolçuları komanda iclası keçirdilər

İngiltərə Premyer Liqasının 16-cı turunda “Everton”a məğlubiyyətdən (0:2) sonra “Çelsi” futbolçuları Londonda komanda toplantısı keçiriblər.

Arena.az bu barədə jurnalist Mett Louya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, görüşdə komandanın son oyundakı çıxışı ilə yanaşı, gəcələk oyunlara dair baxışlar müzakirə edilib və komandaya müsbət təsir bağışlayıb. “Zadəganlar”ın kapitanı Ris Ceyms bunun komandanın döyüş ruhunu və əhval-ruhiyyəsini artırmağa kömək edəcəyinə inanır.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 16 turdan sonra 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Çempionatın növbəti oyununda, dekabrın 16-da Maurisio Poçettinonun yetirmələri doğma meydanda “Şeffild Yunayted”lə qarşılaşacaqar. Hazırda “tiyələr” Premyer Liqanın turnir cədvəlində 20-ci pillədə qərarlaşıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: