“Çelsi” Premyer Liqada yeni rekord müəyyənləşdirdi

Premyer Liqanın 31-ci turu çərçivəsində “Çelsi” ilə “Mançester Yunayted” arasında keçirilmiş oyun (4:3) “zadəganlar” üçün əlamətdar olub.

Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, London təmsilçisi üçün bu oyun komandanın 2 və ya daha çox qol vurub buraxdığı, bütün yarışlar çərçivəsində ardıcıl 6-cı oyun olub.

Mənbənin məlumatına görə, “Çelsi” İngiltərə Premyer Liqası təsis edildikdən sonra belə silsilə nümayiş etdirmiş ilk yüksək divizion komandasıdır. Üstəlik, Premyer Liqanın təsisinə qədər müvafiq nəticəni nümayiş etdirmiş sonuncu komanda da London təmsilçisi olub. Bu, 1989-cu ilin noyabr-dekabr aylarında baş verib.

“Zadəganlar” son 6 oyunda 2 dəfə 3:2, 1 dəfə 4:3, 1 dəfə 4:2 hesabı ilə qalib gəlib, həmçinin 2 dəfə 2:2 hesabı ilə heç-heçə edib.

Premyer Liqada keçirdiyi 29 oyundan sonra “Çelsi” 43 xal toplayıb və yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: