“Çelsi”nin futbolçuları rəhbərliyi Poçettinonu qovmağa səslədilər

“Çelsi”nin bir neçə futbolçusu klub rəhbərliyini cari mövsümün sonunda baş məşqçi Maurisio Poçettinonu istefaya göndərməyə çağırıb.

Arena.az bu barədə HITC dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 30-cu turunun oyununda “zadəganlar” “Börnli” ilə 2:2 hesablı heç-heçə oynayıblar. Bu oyundan sonra London təmsilçisinin bəzi futbolçuları “zadəganlar”ın rəhbərliyi ilə söhbətə yollanıb və orada argentinalı mütəxəssisdən narazılıqlarını bildiriblər. “Üsyançılar” açıq şəkildə bildirdilər ki, “Poç”un istefasını istəyirlər. Hadisələrin inkişafı gözlənilsə də, bu söhbətin sonrakı təfərrüatı haqda məlumat yoxdur.

Hazırda “Çelsi” 30 oyundan 40 xalla Premyer Liqanın yarış cədvəlində 11-ci pillədə qərarlaşıb. “Zadəganlar” növbəti turda özləri kimi bərbad mövsüm keçirən İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşacaqlar.

Maurisio Poçettino “zadəganlar”ı 2023-cü ildən çalışdırır. Argentinalı mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: