“Çelsi”nin yeni havadarı “Riyad Air” olacaq?

İngiltərənin “Çelsi” klubu yeni sponsor axtarışlarını davam etdirir. Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, bir gün əvvəl “zadəganlar”ın rəhbərliyi uzunmüddətli sponsorluq müqaviləsi bağlamaq üçün Səudiyyə Ərəbistanının dövlət aviaşirkəti “Riyadh Air”in nümayəndələri ilə görüşüb.

Mənbənin məlumatına görə, London klubu həmçinin xarici bukmeker kontoru ilə də danışıqlar aparıb. “Mavilər”in yeni titul sponsoru seçimlərinə biomexanika üzrə ixtisaslaşmış “Infinite Athlete” mühəndislik firması də daxildir.

Xatırladaq ki, “Çelsi” Premyer Liqada keçirdiyi dörd turdan sonra turnir cədvəlində 4 xalla 12-ci yerdə qərarlaşıb. “Zadəganlar” yeni mövsümün ilk oyunlarına futbol köynəkləri üzərində titul sponsoru olmadan çıxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: