Çempionlar Liqasında 1/4 finalın ilk oyunları yekunlaşır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Madrid “Atletiko”su ilə Dortmund “Borussiya”sı İspaniya paytaxtında üz-üzə gələcəklər. “Metropolitano” stadionunda baş tutacaq bu oyunu İtaliyadan olan Marko Quida idarə edəcək.

Mərhələnin digər oyunu iddialılardan hesab olunan Fransa çempionu PSJ ilə İspaniyanın ən güclüsü “Barselona” arasında keçiriləcək. Bu komandaların ilk görüşü isə Parisdə baş tutacaq. Qarşılaşmanı İngiltərədən olan FIFA referisi Entoni Teylor idarə edəcək.

Xatırladaq ki, bu mərhələnin ilk iki oyunu ötən gecə baş tutub. “Real”la (İspaniya) “Mançester Siti”nin (İngiltərə) 6 qolluq duelində qalib müəyyənləşməyib – 3:3. “Arsenal” (İngiltərə) da “Baeryn”lə (Almaniya) “sülh bağlayıb – 2:2.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları aprelin 16-da və 17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
10 aprel

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Marko Quida (İtaliya).
Madrid, “Metropolitano” stadionu.

23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Paris, “Park de Prins” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: