ÇL: Xviça Kvaratsxeliya mövsümün ən yaxşı gənc futbolçusudur!

Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ən yaxşı gənc futbolçusu elan edilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Artıq geridə qalmış Çempionlar Liqası mövsümündə Xviça Kvaratsxeliya 9 oyunda meydana çıxıb. 22 yaşlı gürcü hücumçu bu oyunlarda 2 qol vurub, 4 məhsuldar ötürmə ilə fərqlənib.

Çempionlar Liqasının 2022/2023 mövsümündə Xviça Kvaratsxeliyanın göstəriciləri:

Ötürmələrin dəqiqliyi: 74,23%;
Keçilmiş məsafə: 76,32 km;
Mütləq sürət: 33,6 km/s.

Xatırladaq ki, Kvaratsxeliya geridə qalmış mövsümdə “Napoli” ilə İtaliya çempionluğunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: