Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 13-cü turu çərçivəsində baş tutan “Boluspor”la oyunun iştirakçısı olub.
“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Coşqun bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 13 oyuna çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
13 turdan sonra “Ümraniyəspor” 12 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.


