Coşqun Diniyev üçün 90 dəqiqə və növbəti 1 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 3-cü turu çərçivəsində baş tutan “Sakaryaspor”la oyunun iştirakçısı olub.

“Ümraniyəspor” səfər qarşılaşmasından heç-heçə ilə ayrılıb – 1:1.

Coşqun bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 3 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: