Cüzeppe Rossi futbolçu karyerasını başa vurdu

Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Cüzeppe Rossi peşəkar karyerasını başa vurduğunu elan edib.

Arena.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesablarında paylaşım edib.

Sonuncu iş yeri SPAL olmuş Rossi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb. O, sözügedən komandadan bu yay azad agent kimi ayrılmışdı.

Xatırladaq ki, Cüzeppe Rossi “Parma”nın yetirməsi olsa da, peşəkar karyerasına “Mançester Yunayted”də başlayıb. Hücumçu “Vilyarreal”, “Fiorentina”, “Selta”, “Levante”, “Nyukasl”, “Cenoa” və “Real Solt-Leyk”də də forma geyinib.

Rossi İtaliya millisinin heyətində 30 oyuna çıxıb və 7 qol vurub. Onun klub səviyyəsində oynadığı komandalardakı statistikası isə belədir:

“Vilyarreal” – 192 oyun, 82 qol, 25 assist
“Fiorentina” – 42 oyun, 19 qol, 8 assist
“Selta” – 29 oyun, 6 qol, 1 assist
“Parma” – 20 oyun, 9 qol, 4 assist
SPAL – 19 oyun, 3 qol
“Levante” – 17 oyun, 6 qol, 2 assist
“Mançester Yunayted” – 14 oyun, 4 qol, 1 assist
“Nyukasl” – 13 oyun, 1 qol
“Cenoa” – 10 oyun, 1 qol
“Real Solt-Leyk” – 7 oyun, 1 qol

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: