Diniyev “sarı” aldı, komandası ardıcıl 4-cü məğlubiyyətə üzüldü

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 7-cu turu çərçivəsində baş tutan “Bandırmaspor”la oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda qarşılaşdığı bu rəqiblə matçdan məğlubiyyətlə ayrılıb – 0:1. Bu, sözügedən komandanın ardıcıl 4-cü yenilgisidir.

Coşqun bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 7 oyuna çıxıb.

7 turdan sonra “Ümraniyəspor” 2 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: