Emil Balayev ehtiyatda qaldı, “Turan” 1 xalla başladı

Futbol üzrə Qazaxıstan çempionatında yeni mövsümə start verilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin yenicə transfer olunduğu “Turan” da ilk maçtına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Taraz”la üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Emil bu görüşün iştirakçısı olmayıb. Balayev sonadək ehtiyatda qalıb.

Sonda onu da qeyd edək ki, “Turan”da Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov da baş məşqçi Vladimir Qazzayevin köməkçisi kimi fəaliyyət göstərir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: