Emil Mahmudov “Neftçi”də 200-ə çatdı

Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la səfər matçı “Neftçi”nin kapitanı Emin Mahmudov üçün ikiqat əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu assist etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib.

Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.

Xatırladaq ki, Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. O, indiyə qədər bu komandada keçirdiyi 200 oyunda 51 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Emin “Neftçi”dən öncə Moskva “Spartak”ında, “Boavişta”, “Tom”, “Mordoviya”, “Krılya Sovetov”, “Saturn” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasında da 40 matç keçirib, 10 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: