Emin Cəfərov “Şkendiya” – “Şelburn” matçına təyinat aldı

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov Avropa Konfrans Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Emin Cəfərov Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

“Şkendiya” – “Şelburn” matçı oktyabrın 23-də Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xatırladaq ki, “Şelburn” Liqa mərhələsinə heç-heçə (İsveç “Hakken”i ilə 0:0) ilə start verib və hazırda 1 xalı var. “Şkendiya” isə ilk turda İspaniyanın “Rayo Valyekano” komandasına 0:2 hesabı ilə uduzduğu üçün hazırda xalsızdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: