Erik ten Haq “Aston Villa” ilə heç-heçəni şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 7-ci turunda “Aston Villa” ilə səfər oyununu (0:0) şərh edib.

Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz, çox olmasa da, fürsətlər yaratdıq. Amma hər iki komanda həqiqətən tarazlı idi.

Başa düşürük ki, hazırda kifayət qədər qollarımız əskikdir. Bu, müvafiq baxımdan mövsümə yaxşı başlanğıc deyil. Təkmilləşmək gərkdir. Bu, bizim təkmilləşdirməyə ehtiyacımız olan bir sahədir. Ancaq bizim dörd “quru” oyunumuz var. Bu, yaxşıdır, çünki biz özümüzü düzgün müdafiə də etməliyik”, deyə Erik ten Haq vurğulayıb.

7 turdan sonra 8 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Aston Villa” isə 14 xalla 5-ci pillədə yer alıb.

Premyer Liqaya 18 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: