“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqada “Liverpul”la dekabrın 17-də keçiriləcək oyuna hazırlığından danışıb.
Arena.az “Manchester Evening News” dərgisinə istinadən, holland mütəxəssisin bu xüsusda fikirlərini təqdim edir:
“Xeyr, bu oyun məni narahat etmir. Onlara meydan oxuya biləcək heyət yaradacağıq, ən yaxşı şəkildə hazırlaşacağıq. Qələbə qazana bilən oyunçuların meydana çıxacağına əminik”, deyə Erik ten Haq bildirib.
Xatırladaq ki, İngiltərə çempionatının 17-ci turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Liverpul”la qarşılaşacaq. Oyunu baş hakimi Maykl Oliver çıxış edəcək.
Hazırda “Liverpul” 37 xalla Premyer Liqanın lideridir. “Mançester Yunayted” isə 27 xalla 6-cı pillədə qərarlaşıb.
İngiltərə futbol ictimaiyyəti “Liverpul”u aşkar favorit qəbul edir. Yurgen Klopun yetirmələri mövsümdə daha inamlı təsir bağışlayırlar. Erik ten Haqın “qırmızı şeytanlar”ı isə klub tarixinin ən ziddiyətli dövrünü yaşayırlar. Cari mövsümdə “Mançeter Yunayted” tarixi antirekordlarla imza atıb və Çempionlar Liqasında mübarizəsini dayandırıb.


