Erlinq Haland dünyada ən vacib şeydən danışdı: “Məncə, bu…”

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland dünyada ən vacib şeyin nə olması ilə bağlı sualı cavablandırıb.

Arena.az məlumat verir ki, Haland bu barədə “Impaulsive” podkastında müsahibəsi zamanı danışıb:

“Məncə, yuxu dünyada ən vacib şeydir. Yaxşı bir gecə yuxusu üçün lazım olan tək şey, yataq otağındakı bütün artıq siqnalları dəf edən mavi eynəkdir – mən bunu adətən yatmazdan əvvəl üç saat taxıram”, deyə Haland sağlam yuxunun vacibliyini vurğulayıb.

Xatırladaq ki, bu həftə Haland İngiltərə Premyer Liqasında ilin ən yaxşı oyunçusu seçilib. Dünən isə UEFA norveçli qolçunu 2022/2023 mövsümünün ən yaxşı oyunçusu elan edib.

Cari mövsümdə Erlinq Haland “şəhərlilər”in heyətində 5 oyuna çıxıb, 3 qol vurub. Norveçli qolçu ötən mövsüm “Mançester Siti” ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb. Haland hər üç turnirdə komandasının “vuran ayağı” olub. O, Premyer Liqada 36 qol, Çempionlar Liqasında isə 12 qol vurub və ötən mövsüm üçün “Qızıl buts” mükafatını qazanıb.

Halandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 23 yaşlı Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: