Erlinq Haland: “Heç bir günahsız uşaq ölməyə layiq deyil”

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland ölkələr arasında münaqişələrin qurbanı olan günahsız uşaqlar haqda yazıb.

Arena.az məlumat verir ki, Haland bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərəindən yazıb dərc edib:

“Heç bir günahsız uşaq ölməyə layiq deyil”, dərc etmiş Haland cümləsinin sonuna sülh heşteqini (#peace) əlavə edib.

Vurğulanır ki, Haland böyük ehtimalla bu çağırışını Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi mənzərəsində dərc etməyi qərara alıb.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.

Futbol artıq neçənci dəfədir müvafiq ədalət çağırışları edən şəxslərə şahidlik edir. Həmçinin bəzi futbolçular da Qəzzada baş verənlərə öz etiraz səsini ucaldırlar.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 17 oyuna 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 70 oyun, 67 qol, 12 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Norveç yığmasının heyətində 28 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: