Erlinq Haland ötən mövsümün ən yaxşı oyunçusu seçildi

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının ötən mövsüm üçün ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Arena.az xəbər verir ki, mükafat Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən təqdim edilib.

Haland bu münasibətlə duyğularını paylaşıb: “Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir. Rəqiblərim tərəfindən tanınmaq xoş hissdir və mənə səs vermiş bütün oyunçulara təşəkkür etmək istəyirəm.

Bir gün komandamla “trebl” əldə edəcəyimi heç vaxt ağlıma belə, gətirməzdim. Ötən mövsümün xatirələri həmişə xatirimizdə qalacaq, amma indi biz yeni mövsümdə də buna nail olmaq istəyirik”, – BBC Halandın sözlərini sitat gətirib.

Geridə qalmış 2022/2023 mövsümündə Haland “şəhərlilər”in heyətində 53 oyuna çıxıb, 52 qol vurub, 9 məhsuldar ötürmə verib. Norveçli qolçu “Mançester Siti” ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını qazanıb.

Halandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci il ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: