“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland UEFA-ya görə ötən mövsümün ən yaxşı oyunçusu mükafatını almasını şərh edib.
Arena.az “TNT Sports”a istinadən Halandın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Özümü yaxşı hiss edirəm, daha nə deyə bilərəm… 22 yaşımda “trebl” qazandım və xəyal ilə yaşayıram.
Mən gənc olanda bu, nəsə əlçatmaz bir şey idi, odur ki, komanda yoldaşlarımla bunu etmək xüsusi bir şeydir. Bütün bu nailiyyətlər yalnız köklənmə əlavə edir.
Mən var gücümlə çalışmağa və əntiqə yeni mövsüm keçirməyə hazıram. Bizim bütün komandamız yeni çağırışlara yaxşı hazır olmalıdır. Rəqiblərin qapıları ağzında mümkün qədər kəskin oynamalıyıq.
Bəzən mənim atam və ya məşqçimiz (Xosep Qvardiola – redktorun qeydi) həddindən artıq duyğusal ola bilərlər. İnsanların mənə qışqırması və mənə nəsə öyrətməyə çalışması xoşuma gəlir. Qvardiola sadəcə məni daha yaxşı futbolçu etməyə çalışır”, deyə Haland fikrini tamamlayıb.

Cari mövsümdə Erlinq Haland “şəhərlilər”in heyətində 5 oyuna çıxıb, 3 qol vurub. Norveçli qolçu ötən mövsüm “Mançester Siti” ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb. Haland hər üç turnirdə komandasının “vuran ayağı” olub. O, Premyer Liqada 36 qol, Çempionlar Liqasında isə 12 qol vurub və ötən mövsüm üçün “Qızıl buts” mükafatını qazanıb.
Halandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 23 yaşlı Halandı 180 milyon avro məbləğində qiymətləndirir.


