“Fənərbaxça”da Altay Bayındır şoku

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça”nın qapıçısı Altay Bayındır əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Belində problem olan 25 yaşlı qolkiper İstanbulda əməliyyat edilib. Qapıçının müalicə və reabilitasiya mərhələsinə start verildiyi açıqlanıb. Lakin futbolçunun bərpa müddəti bilinmir. Qapıçının bu mövsüm bir daha meydana çıxmaması da istisna edilmir.

Xatırladaq ki, Altay Bayındır 2019-cu ilin avqust ayından “Fənərbaxça”nın uğurları üçün çalışır. 24 yaşlı qolkiper İstanbul təmsilçisində 141 oyuna çıxıb, 160 qol buraxıb. O, 42 oyunda da qapısını toxunulmaz saxlayıb.

Peşəkar karyerasına “Ankaragücü” klubunda başlamış qolkiper hazırda “Fənərbaxça”nın kapitanıdır. Futbolçu Türkiyə millisinə də dəvət alır. O, yığma komandada 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: