Futbol üzrə İtaliya millisinin yarımmüdafiəçisi Federiko Bernardeski özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 28 yaşlı vinger MLS təmsilçisi “Toronto”ya keçib.
Bu barədə Kanada klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.
Bir neçə gün öncə “Yuventus”dan azad agent kimi ayrılan futbolçu, “Toronto”nu təzminat xərcinə salmayıb. İtaliyalı yarımmüdafiəçi yeni komandasında ABŞ və Kanadada işçi vizası əldə etdikdən sonra oynaya biləcək.
Federiko Bernardeski 2017-ci ildə “Fiorentina”dan “Yuventus”a transfer olunmuşdu. O, bu komandanın heyətində keçirdiyi beş mövsüm ərzində 183 matça çıxıb, 12 qol vurub. Yarımmüdafiəçi “Fiorentina”da çıxış etdiyi dönəmdə bir mövsüm “Krotone”yə də icarəyə verilib. İtaliya yığmasında 39 oyun keçirmiş futbolçu, 6 qolla yadda qalıb.


