Ferqyuson “Tottenhem”in çempionluq imkanını gülüşlə qarşıladı

“Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyuson “Tottenhem”in nə vaxtsa İngiltərə çempionu olmaq imkanlarını şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, şotland çalışdırıcının bu barədə fikirlərini təqdim edir:

“Tottenhem nə vaxtsa Premyer Liqa çempionu olacaqmı? Yox (gülür). 1961-ci il onların qalib gəldiyi son il idi. Bu gün vəziyyət belədir ki, “Liverpul” və “Mançester Siti” Premyer Liqada çox güclü oynayırlar. “Tottenhem”in imkanı “Mançester Yunayted”dən daha yaxşıdırmı? Heç bir imkanı yoxdur”, deyə Ser Aleks bildirib.

Xatırladaq ki, “Tottenhem” iki dəfə – 1951-ci və 1961-ci illərdə İngiltərə milli çempionluğunu qazanıb. Bu mövsüm “mahmızlar” 24 turdan sonra 47 xal toplayaraq 4-cü yerdə qərarlaşıblar. “Mançester Yunayted” isə 41 xalla 6-cı pillədədir. Premyer Liqaya 54 xalla “Liverpul” başçılıq edir. 23 oyundan 52 xal toplamış “Mançester Siti” isə 2-ci pillədə potensial lider qismində mövqe tutub.

Xəbəri sosial şəbəkələrdə paylaş: