Ferran Soriano “Mançester Siti”nin transfer siyasətindən danışdı

İngiltərə çempionu “Mançester Siti”nin direktoru Ferran Soriano “şəhərlilər”in transfer siyasətindən danışıb.

Arena.az “The Mirror”a istinadən Sorianonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Son beş ildə yeni oyunçulara sərmayəmiz yaxşı düşünülüb. Artıq son bir neçə ildir ki, biz transfer xərclərinə görə lider deyildik. Biz ağıllı işləyirik. İş birliyini bəyənmədiyimiz zaman ondan çıxırıq və təlaşa düşmürük”, deyə Soriano bildirib.

Xatırladaq ki, “şəhərlilər” üçün geridə qalmış mövsüm klub tarixinin ən şanlı səhifəsi kimi əlamətdar olub. Xosep Qvardiolanın çalışdırdığı “Mançeseter Siti” “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: