Flik: “Oyunun əvvəlindən yüz faiz can qoymaq çox vacibdir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın öz oyununu hansı nöqteyi-nəzərdən təkmilləşdirməli olduğunu açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Əvvəldən oyuna daxil olmağımız çox vacibdir. Batareyalarınızı doldurmaq üçün on dəqiqə gözləməyə gərək yoxdur. Oyunun əvvəlindən yüz faiz can qoymaq son dərəcə vacibdir. Bu, sadəcə zəruridir, bu, bizim oyun fikrimizin bir hissəsidir. Biz yüksək ölçülər müəyyənləşdirmişik”, deyə Flik vurğulayıb.

Xatırladaq ki, alman mütəxəssis “Hansi” Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Alman müətəxəssis mövsümə inamla başlayıb. Flikin “Barselona”sı İspaniya La Liqasının ilk 3 oyununda qələbələri sıralayaraq, hazırda 9 xalla yarış cədvəlinin vahid lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: