Florentino Peres “Real”ın tarixinə düşdü

İspaniya Super Kubokunda “Barselona” üzərində qələbədə (4:1) “Real”ın prezidenti Florentino Peres üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, o, “Real”a rəhbərliyi dövründə 33-cü qənimətini qazanaraq, klubun əfsanəvi prezidenti Santyaqo Bernabeunu (32 qənimət) geridə qoyub.

Beləliklə, Florentino Peres “Real” tarixninin ən çox qazanmış prezidentinə çevrilib.

Xatırladaq ki, “Real” və “Barselona”nın qarşılaşdığı İspaniya Super Kubokunun final oyunu Səudiyyə Ərəbistanının “Əl-Əvval Park” stadionunda baş tutub. Oyunu Xuan Martines Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real” “Barselona”nı 4:1 hesabı ilə darmadağın edərək, İspaniya Super Kubokunun 40-cı – 2023/2024 mövsümünün qalibi olub. Bu, “Kral Klubu”nun müvafiq yarışda 13-cü qalibiyyətidir. “Barselona”nın isə İspaniya Super Kubokunda 14 qalibiyyəti var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: