Franko Mastantuono “Real”da – Rəsmi

“River Pleyt”in 17 yaşlı argentinalı sağ cinah hücumçusu Franko Mastantuono tamhüquqlu əsasda “Real”ın futbolçusu olacaq.

Arena.az bu barədə “River Plyet”in rəsmi saytına istinadən məlumat verir.

Yeniyetmə istedad FIFA Klub Dünya Kubokundan sonra İspaniya nəhənginin düşərgəsinə keçəcək.

Keçidin “qaymaqlılar”a 63,2 milyon avro məbləğ müqabilndə başa gəldiyi bildirilir. Bu, Argentina futbol tarixinin ən bahalı transferidir.

“River Pleyt” rəhbərliyi klub adından Mastantuonoya təşəkkürünü elan edib:

“Franko, sədaqətin və istedadın müqabilində sağ ol. Sənin klubda necə böyüməyini müşahidə etmək qürur doğurur. Karyeranın yeni fəslində sənə ən yaxşısını diləyirik”, – “milyonçular”ın mətbuat xidməti paylaşıb.
Franko Mastantuono “River Pleyt”in məzunudur.

2024/2025-ci illər mövsümündə yeniyetmə hücumçu “milyonçular” üçün 19 oyuna 7 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.

Mastantuono cari ilin iyun ayında Argentina yığmasının heyətində debüt edib, meydanda keçirdiyi 6 dəqiqə ərzində məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mastantuono qənimətlər muzeyində “River Plyet”lə qazandığı Argentina Super Kuboku (2022/2023) var.

“Transfermarkt” internet-portalı 17 yaşlı argentinalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: