Geyim brendi “Superdry” İngiltərə Premyer Liqasının təmsilçisi “Mançester Siti” klubunu ticarət nişanını pozduğuna görə məhkəməyə verib.
Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir:
Mənbənin məlumatına görə, geyim brendi “Superdry” “şəhərlilər”in məşq formalarında “Asahi Super Dry” alkoqolsuz pivə brendinin loqosunun təsvirinə görə onlara qarşı iddia qaldırıb. “Superdry” brendi hesab edir ki, “brendlər arasındakı fərqlər o qədər incədir ki, onlar adi istehlakçı üçün nəzərə çarpmaya bilərlər”.
15 dekabr 2023-cü ildə brend “Mançester Siti”yə qarşı məhkəmə iddiası qaldıraraq klubun “Superdry” adından istifadəsinə qadağa qoyulmasını tələb edib. Bundan əlavə, iddiaçı ona zərər dəydiyini iddia edir, amma hazırda ziyanın məbləği ilə bağlı müvafiq qiyməti açıqlamır. Hadisələrin inkişafı gözlənilir.


