“Give me Sport” tarixin ən yaxşı mərkəz hücumçularını açıqladı

“Give me Sport” dərgisi öz seçimi əsasında futbol tarixinin 20 ən yaxşı mərkəz hücumçusundan ibarət siyahısını təqdim edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində dünya və Braziliya futbolunun əfsanəsi, futbol kralı Pele yer alıb.

2-ci pillədə Macarıstan futbolunun əfsanəsi Ferents Puşkaş, 3-cü pillədə isə Almaniya futbolunun əfsanəsi Gerd Müller qərarlaşıb.

Maraqlıdır ki, müasir futbolun ulduz hücumçuları – argentinalı Lionel Messi və portuqal Kristinao Ronaldo müvafiq siyahıda yer almayıblar. Bu, adıçəkilən futbolçuların karyeralarının böyük hissəsi ərzində fərqli mövqedə çıxış etmələri ilə bağlıdır.

“Give Me Sport” dərgisinə görə, futbol tarixinin 20 ən yaxşı mərkəz hücumçusunu təqdim edirik:

1. Pele (Braziliya);

2. Ferents Puşkaş (Mvarıstan);

3. Gerd Müller (Almaniya);

4. Romario (Braziliya);

5. Eysebio (Portuqaliya);

6. Alfredo Di Stefano (Argentina, İspaniya);

7. Ronaldo (Braziliya);

8. Tyerri Anri (Fransa);

9. Cimmi Qrivz (İngiltərə);

10. Ueyn Runi (İngiltərə);

11. Marko van Basten (Niderland);

12. Qabriel Batistuta (Argentina);

13. Robert Levandovski (Polşa);

14. Alan Şirer (İngiltərə);

15. Luis Suares (Uruqvay);

16. Fernando Peyroteu (Portuqaliya);

17. Zlatan İbrahimoviç (İsveç);

18. Kərim Benzema (Fransa);

19. Şandor Koçiş (Mavarıstan);

20. Diksi Din (İngiltərə).

    Siyahıda əsas mövqedə çıxış etməklə vurulmuş qolların sayı, qazanılmış qənimətlərin sayı, şəxsi nailiyyətlər, məsələn, əsas mövqe mərkəz hücumçusu olmaqla qazanılmış “Qızıl top” mükafatı, həmçinin milli komandada çıxış nəzərə alınıb.

    Xəbəri sosial şəbəkələrdə paylaş: