Günay Məmmədzadə dünya yığmasına dəvət aldı

Şahmat üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə yoldaşlıq oyununa dəvət olunub. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə bu ölkənin milli komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək. Görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.

FIDE tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü Günay Məmmədzadə də dəvət olunub. Avropa çempionatının gümüş mükafatçısı olan həmyerlimizlə yanaşı, dünya yığmasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: