Gürcülər xal itirdi, ispanlar qalib gəldi – Millətlər Liqasında

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

A Liqasının 2-ci qrupunda xala həsrət olan İsveçrə lider Portuqaliyanı qəbul edib. Meydan sahibləri bu oyunda ilk qələbəyə seviniblər. Qrupun digər görüşündə İspaniya Çexiya ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

B Liqasının 4-cü qrupunda lider Norveç İsveçi qəbul edib və çətin qələbə qazanıb. Serbiya isə son pillədəki Slovaniyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

C Liqasındakı 2-ci və 4-cü qruplarda liderlər xal itkisi olmadan irəliləyirdilər. Yunanıstan 9 xalla liderlik etdiyi qrupda ən yaxın izləyicisi Kosovonu sınağa çəkib. Qələbə qazanan Ellada təmsilçisi vaxtından əvvəl qrup qalibi olub. Digər matçda hərəyə 1 xalla son iki pilləni bölüşən Şimali İrlandiya və Kipr üz-üzə gəlib. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib.

Gürcüstan isə qrupunun qalibi olmaq üçün evdə Bolqarıstanı udmalı və paralel görüşdə Şimali Makedoniyanın öz meydanında Cəbəllütariqlə oyunda xal itirməsinə ümid etməliydi. Amma gürcülərin uduzduğu gündə Şimali Makedoniya yığması da darmadağına secinib.

Nəhayət, 3 komandalı D Liqasındakı görüşdə Malta San Marinonu yenməklə qrup lideri Estoniya ilə xallarını bərabərləşdirib.

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna iyunun 14-də yekun vurulacaq. Azərbaycan millisi hesabat turunda bu gün Bakıda Belarus yığmasıyla üz-üzə gələcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
12 iyun

A Liqası, 2-ci qrup

İsveçrə – Portuqaliya 1:0
Qol: Seferoviç, 1.

İspaniya – Çexiya 2:0
Qol: Soler, 24. Sarabia, 75.

Xal durumu: İspaniya – 8, Portuqaliya – 7, Çexiya – 4, İsveçrə – 3.

B Liqası, 4-cü qrup

Norveç – İsveç 3:2
Qol: Haland, 10; 54-pen. Sorlot, 77 – Forsberq, 62. Qyokeres, 90+5.

Sloveniya – Serbiya 2:2
Qol: Çerin, 48. Sesko, 53 – Zivkoviç, 8. Mitroviç, 35.

Xal durumu: Norveç – 10, Serbiya – 7, İsveç – 3, Sloveniya – 2

C Liqası, 2-ci qrup

Şimali İrlandiya – Kipr 2:2
Qol: Makneyr, 71. Evans, 90+4 – Kakullis, 32; 51.

Yunanıstan – Kosovo 2:0
Qol: Qyakumakis, 71. Mantalos, 90+9.

Xal durumu: Yunanıstan – 12, Kosovo – 6, Şimali İrlandiya – 2, Kipr – 2

C Liqası, 4-cü qrup

Şimali Makedoniya – Cəbəllütariq 4:0
Qol: Bardi, 4. Torilla, 14-öz qapısına. Miovski, 16. Çurlinov, 31.

Gürcüstan – Bolqarıstan 0:0

Xal durumu: Gürcüstan – 10, Şimali Makedoniya – 7, Bolqarıstan – 3, Cəbəllütariq – 1

D Liqası, 2-ci qrup

Malta – San Marino 1:0
Qol: Muskat, 50.

Xal durumu: Estoniya – 6, Malta – 6, San Marino – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: