“Hayduk” uduzsa da, pley-offa adladı – Avropa Konfrans Liqasında

Futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Portuqaliyanın “Vitoriya” (Gimaraynş) komandası doğma meydanda Xorvatiya “Hayduk”u ilə qarşılaşıb. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılsalar da, ilk oyunda inamlı qələbəyə sevinmiş Split təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub.

Xatırladaq ki, ilk oyun günündə “Volfsberger” (Avstriya) və “Viborq” (Danimarka) komandaları da pley-offa vəsiqə qazanmışdılar.

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin digər cavab qarşılaşmaları avqustun 11-də keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4
İlk oyun – 0:0

B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2
İlk oyun – 0:3

10 avqust

Vitoriya (Portuqaliya) – Hayduk (Xorvatiya) 1:0
İlk oyun – 1:3