Heyətinin transfer dəyərinə görə ən bahalı 10 klub

Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) heyətinin transfer dəyərinə görə ən bahalı klubları açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində İspaniya nəhəngi “Real” yer alıb.

“Qaymaqlılar”ın komanda heyətinin transfer dəyəri 1,728 milyard avro məbləğindədir.

İkinci pillədə “Mançester Siti” qərarlaşıb. “Şəhərlilər”in komanda heyətinin transfer dəyəri isə 1,471 milyard avro məbləğindədir.

İlk üçülüyü isə “Çelsi” qapayır. “Zadəganlar”ın oyunçularının transfer dəyərinin cəmi 1,388 milyard avro məbləğindədir.

Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzinə görə, komanda heyətinin transfer dəyəri üzrə klubların onluğunu təqdim edirik:

  1. “Real” (İspaniya) – 1,728 milyard avro;
  2. “Mançester Siti” (İngiltərə) – 1,471 milyard avro;
  3. “Çelsi” (İngiltərə) – 1,388 milyard avro;
  4. “Arsenal” (İngiltərə) – 1,225 milyard avro;
  5. “Barselona” (İspaniya) – 1,124 milyard avro;
  6. “Liverpul” (İngiltərə) – 1,099 milyard avro;
  7. PSJ (Fransa) – 1,088 milyard avro;
  8. “Mançester Yunayted” (İngiltərə) – 989 milyon avro;
  9. “Tottenhem” (İngiltərə) – 886 milyon avro;
  10. “Bayer” (Almaniya) – 862 milyon avro.
Xəbəri sosial şəbəkələrdə paylaş: