“İnter” cari mövsümdə orta hesabla ən az qol buraxan komandadır

“İnter” Avropanın böyük futbol beşliyi ölkələrinin komandaları arasında cari mövsümdə orta hesabla ən az qol buraxan komandadır.

Arena.az bu barədə “WhoScored” statistik internet-portalına istinadən məlumat verir.

Simone İnzaqinin yetirmələri hər oyunda orta hesabla 0,48 qol buraxırlar. Bu göstərici Avropanın böyük futbol beşliyi ölkələrinin milli birinciliklərində çıxış edən komandalar arasında ən yaxşı nəticədir.

İkinci nəticə Fransa Liqa 1-i təmsilçisi “Nitsa”ya aiddir, “qartallar” hər oyunda orta hesabla 0,58 qol buraxırlar. İlk üçlüyü isə daha bir İtaliya komandası – “Yuventus” qapayır. “Qoca sinyora”ya hər oyunda orta hesabla 0,59 qol vururlar.

“Real”ın da orta göstəricisi layiqlidir – 0,67 buraxılmış qol. Leverkuzen “Bayer”i və “Lill” isə hər oyunda orta hesabla 0,74 qol buraxıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: