İtaliya kubokunda 1/4 final cütləri bəlli oldu

Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Atalanta” – “Spetsiya” matçında meydan sahibləri darmadağına seviniblər. “Latsio” da “Bolonya” səddini minimal hesablı qələbə ilə keçib. Üç qolun vurulduğu “Yuventus” – “Montsa” matçında da Turin təmsilçisi sevinən tərəf olub.

Xatırladaq ki, daha öncə “Torino”, “İnter”, “Fiorentina”, “Kremoneze” və “Roma” komandaları da 1/4 finala yüksəlmişdilər.

İtaliya Kuboku
1/8 final
10 yanvar

İnter – Parma 2:1
Qol: L.Martines, 88. F.Açerbi, 110 – S.Juriç, 38.

11 yanvar

Milan – Torino 0:1
Qol: Adopo, 114.

12 yanvar

Fiorentina – Sampdoriya 1:0
Qol: Barak, 25

Roma – Cenoa 1:0
Qol: Dibala, 64.

17 yanvar

Napoli – Kremoneze 2:2 (penaltilər 4:5)
Qol: J.Jesus, 33. C.Simeone, 36 – Ş.Pikel, 18. Afena-Qyan, 87.

19 yanvar

Atalanta – Spetsiya 5:2
Qol: Lukman, 10; 12. Hatebör, 26. Hoylund, 72. Ampadu, 90-öz qapısına – Ekdal, 14. Verde 39.

Latsio – Bolonya 1:0
Qol: F.Anderson, 33.

Yuventus – Montsa 2:1
Qol: Kin, 8. Kyeza, 78 – Valoti, 24.

İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları 31 yanvar – 2 fevral aralığında keçiriləcək. Bu mərhələdə üz-üzə gələcək komandalar artıq bəllidir:

31 yanvar

İnter – Atalanta

1 fevral
Roma – Kremoneze
Fiorentina – Torino

2 fevral
Yuventus – Latsio

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: