Futbol üzrə İtaliya millisinin UEFA Millətlər Liqasının Niderlandda baş tutacaq “Dördlər finalı” üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, italyanlar final mərhələsində həlledici oyuna vəsiqə uğrunda İspaniya millisi ilə üz-üzə gələcəklər.
Baş məşqçi Roberto Mançini 26 futbolçuya dəvət göndərib. Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 7 hücumçu yer alıb.
Mançini qarşıdakı vacib oyunlarda bu futbolçuların xidmətindən istifadə edə biləcək:
Qapıçılar: Canluici Donnarumma (PSJ, Fransa), Aleks Meret (“Napoli”), Qulyelmo Vikario (“Empoli”);
Müdafiəçilər: Federiko Başirotto (“Leççe”), Leonardo Bonuççi (“Yuventus”), Alessandro Bonjorno (“Torino”), Covanni Di Lorentso (“Napoli”), Alessandro Florensi (“Milan”), Federiko Qatti (“Yuventus”), Leonardo Spinatsola (“Roma”), Rafael Toloy (“Atalanta”);
Yarımmüdafiəçilər: Brayan Kristante (“Roma”), Davide Frattezi (“Sassuolo”), Jorjinyo (“Arsenal”, İngiltərə), Manuel Lokatelli (“Yuventus”), Lorentso Pelleqrini (“Roma”), Matteo Pessina (“Montsa”), Marko Verratti (PSJ, Fransa), Nikolo Zaniolo (“Qalatasaray”, Türkiyə);
Hücumçular: Domeniko Berardi (“Sassuolo”), Federiko Kyeza (“Yuventus”), Denyan Nyonto (“Lids”, İngiltərə), Çiro İmmobile (“Latsio”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Tiqre”), Mattia Zakkayni (“Latsio”).
Xatırladaq ki, İtaliya millisinin İspaniya ilə oyunu iyunun 15-də Enshede şəhərində baş tutacaq. Bundan bir gün öncə isə meydan sahibi Niderland yığması Rotterdamda Xorvatiya yığmasını sınağa çəkəcək. Yarımfinalda qalib gələcək komandalar finala yüksələcəklər. Həlledici oyun iyunun 18-də Rotterdamda keçiriləcək. Ondan əvvəl isə Enshede şəhərində üçüncü yer uğrunda oyun baş tutacaq. Həmin oyunda yarımfinalda məğlub olan kollektivlər üz-üzə gələcəklər.


