“Barselona”nın vitse-prezidenti Eduard Romeu “Atletiko”dan icarə əsasında gətirilmiş portuqal hücumçu Joao Feliks haqda danışıb.
Arena.az bu barədə “L’Esportiu” nəşrinə istinadən məlumat verir:
“Joao Feliks 400 min avro qazanır? Bəli. Bu, bizim kluba çox ciddi qoyuluş edən şəxsin nümunəsidir. Çox güman ki, öz klubunda ən yaxşı formada olmayan, amma burada əla oyun nümayiş etdirən bir oğlandan bunu eşitmək xoşdur. Bundan əlavə, yanılmayın – onu bizə təqdim etmiş klub bu icarənin əla “piştaxta” halına gəlməsində maraqlıdır. Ümid edirik ki, ilin sonunda onun bu mövsümdən sonra komandada qalmasını nəzərdən keçirmək zərurəti ilə bağlı “problemimiz” yaranacaq”, deyə Romeu bildirib.
Feliks 2023/2024 mövsümündə icarə əsasında kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var. Transferin maliyyə təfərrüatı açıqlanmayıb.
Joao Feliks 2022/2023 mövsümünün ikinci yarısını “Çelsi”də icarədə keçirib. Portuqal hücumçu “zadəganlar”ın heyətində 20 oyuna 4 qol vurub. Ancaq mövsümün bitməsi ilə “Çelsi” Feliksin xidmətində daha maraqlı olmadığını bəyan edib və portuqal hücumçu “Atletiko”nun düşərgəsinə qayıdıb. Joao “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.
Cari mövsümdə Feliks “Barsa”nın heyətində uğurla çıxış edir: 8 oyun, 3 qol, 3 məhsuldar ötürmə.
Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 32 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.


