Joao Feliks PSJ-yə keçir?

Madird “Atletiko”sunun portuqal hücumçusu Joao Feliks bu yay transfer pəncərəsində Fransa çempionu PSJ-yə keçmək istəyir.

Arena.az bu barədə AS dərgisinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Feliks daha “Atletiko”da oynamaq istəmir. O, Fransa nəhənginə keçmək variantında maraqlıdır. Bu seçim PSJ-nin Feliksin bütün tələblərinə cavab verməsindən irəli gəlir: komanda UEFA Çempionlar Liqasında oynayır və kuboklar uğrunda daim mübarizə aparmaq iqtidarındadır.

Öz növbəsində, PSJ-nin Feliksi transfer etmək niyyəti Paris klubunun hücumçuları Neymar və Kilian Mbappenin gələcəyindən asılı olacaq.

Madrid “Atletiko”suna gəlncə, “döşəkçilər” 23 yaşlı hücumçunun satışından ən azı 100 milyon avro əldə etmək niyyətindədirlər.
Sövdələşmə zamanı yarana biləcək yeganə əngəlin PSJ-nin Feliksin transfer məbləğinin yüksək olması qarşısında fikrindən daşınması ola bilər.

Ötən mövsümün ikinci yarısında Joao Feliks icarə əsasında “Çelsi”də çıxış edib, “zadəganlar”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub. Daha sonra “Çelsi” Feliksin xidmətində maraqlı olmadığını bildirib.

Joao Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Joau Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl PSJ-nin yeni baş məşqçisi Luis Enrikenin Feliksi öz komandasında görmək istəməsi haqda məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: