Joao Feliksin ünvanına sərt tənqid: “Bu formaya layiq deyilsən”

“Atletiko” Azarkeşləri Beynəlxalq Birliyinin nümayəndəsi Alberto Qarsiya hücumçu Joao Feliksin ünvanına sərt tənqidlə çıxış edib.

Arena.az bu barədə COPE dərgisinə istinadən məlumat verir.

Alberto Qarsiya İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Barselona” – “Atletiko” oyununda (1:0) “döşəkçilər”in qapısına qələbə qolunu vuraraq bunu qürrəli şəkildə qeyd etməsinə görə, portuqal vinger Joao Feliksi kəskin tənqid edib.

Xatırladaq ki, Joao Feliks “Barselona”da məhz “Atletiko”dan icarə əsasında çıxış edir:

“İndi məlum oldu ki, o, uşaqlıqdan “Barsa”da oynayır və qolları bir növ titul qazanmış kimi qeyd edir, lakin bu, onun əla mövsüm keçirməsi demək deyil.

Bu davranış ona məxsus olan, onunla yaxşı rəftar edən və komanda dəyişənə qədər ona dəstək olan azarkeşlərə münasibətdə nankorluq və hörmətsizlik göstərir.

O, “Metropolitano”da düşmənçilik ab-havası yaratdı. Biz onu daha “Atletiko” formasında görmək istəmirik, çünki o, buna layiq deyil və nə bu klubu və nə bu azarkeşləri başa düşmürdü.

Əgər incitmək istəyirdisə, bunu edə bilməyib. İncidən – incitmək istəyən yox, bacarandır. Əgər bu vida idisə, qoy hər şey yaxşı olsun. Joao Feliks, sən Uqo Sançes, Tibo Kurtua və başqalarının daxil olduğu seçilmiş satqınlar dəstəsinə qoşulursan”, deyə Qarsiya bildirib.

Feliks 2023/2024 mövsümündə icarə əsasında kataloniyalıların xidmətində olacaq. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Joao Feliks 2022/2023 mövsümünün ikinci yarısını “Çelsi”də icarədə keçirib. Portuqal hücumçu “zadəganlar”ın heyətində 20 oyuna 4 qol vurub. Ancaq mövsümün bitməsi ilə “Çelsi” Feliksin xidmətində daha maraqlı olmadığını bəyan edib və portuqal hücumçu “Atletiko”nun düşərgəsinə qayıdıb. Joao “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

Cari mövsümdə Feliks “Barsa”nın heyətində uğurla çıxış edir: 17 oyun, 5 qol, 3 məhsuldar ötürmə.

Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 36 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: