Joze Mourinyo “qulaqburması” aldı: “Hakimləri təhqir etmək olmaz”

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo İtaliya Futbol Federasiyası (FIGC) prokurorluğunun nümayəndələri ilə görüşündən danışıb.

Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, portuqal mütəxəssis “canavarlar”ın İtaliya A Seriyasının 14-cü turu çərçivəsində səfərdə “Sassuolo”ya məğlub olduğu oyunu (1:2) ərəfəsində, oyunun baş hakimi Marçenaronu “duyğusal qeyri-sabit” adlandırmış və buna görə hesabat vermək üçün İtaliya Futbol Federasiyasına çağırılmışdı.

“Mən idman ədalətindən ədalət gözləyirəm. Sevindim ki, prokuror mənə izahat vermək imkanı verdi. Prokurorla razılaşdım ki, məşqçi oyundan əvvəl hakimlər haqda danışmamalıdır, amma heç vaxt Marçenaronu təhqir etməmişəm və onun hakimlik keyfiyyətini heç vaxt şübhə altına almamışam.

“Onun duyğusal sabitliyi yoxdur” ifadəsini işlətmək mənə adi görünür. Mən də başıma gələndə bunu deyirəm. Ola bilsin ki, məni səhv başa düşüblər”, deyə “Mour” özünəməxsus tərzdə bildirib.

İtaliya çempionatının 14 turundan sonra “Roma 24 xalla 4-cü pillədə qərarlaşıb. A Seriyasına 38 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: