“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qarşı keçirəcəkləri cavab oyunu haqda fikrini bildirib.
Arena.az xatırladır ki, Londonda keçirilmiş ilk oyunda “topçular” gözlənilmədən 3:0 hesablı qələbə qazanıblar.
Karlo Ançelotti Madriddə baş tutacaq cavab oyunundan öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bizə, oyunu ən yüksək səviyyədə keçirmək gərəkdir ki, ələmə mərhələsinin gedişatını dəyişə bilək. Biz əminliklə, zəkalı, şövqlə və Karlos Alkaras demişkən, xayalarımıza güvənib oynamalıyıq. Ruhi baxımdan biz çox yaxşı haldayıq. Bizə, oyuna nəzarət etmək gərəkdir”, deyə italyan mütəxəssis vurğulayıb.
“Real” – “Arsenal” oyunu bu gün, aprelin 16-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


