“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 37-ci turunda “Vilyarreal”la səfər oyunu (4:4) haqda fikirlərini paylaşıb.
Arena.az məlumat verir ki, bu oyunda “sarı sualtı qayıq” iki dəfə hesabda iki top fərqi ilə geri düşsə də, məğlubiyyətdən geri-dönüş edib, nörveçli mərkəz hücumçusu Aleksander Sörlot isə “qaymaqlılar”ın qapısından dörd qol keçirib.
“Məqsəd xallar deyildi, çünki onlara ehtiyacımız yoxdur, məqsəd nəbz, fəallıqla yaxşı oyun oynamaq və zədələrdən qaçmaq idi. Hər şey mükəmməl keçdi.
Çempionlar Liqasının finalı məni narahat etmir, açıq oyun idi. Ola bilər ki, gərək olduğundan daha çox qol buraxdıq, amma bu, finalın necə olması ilə bağlı heç nəyi dəyişmir. Hücumda yaxşı oynadıq”, “beIN Sports” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Karlo Ançelotti ukraynalı qapıçı Andrey Luninin bu oyunda 4 qol buraxması haqda sualı təlaşsız və təbii qarşılayıb:
“Onun oyununu bəyəndim, buraxılmış qolların vurulduğu anlarda heç nə edə bilmədi. Fasilədən sonra yaxşı oyun göstərdi. Bu qollar açıq-aydın onun təqsiri deyil”, – “Real”ın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.
“Sörlotun pokeri? Bu gün bütün müdafiəçilərimiz ondan zərər gördülər”, – Ançelotti oyunsonrası mətbuat konfransında rəqibin norveçli mərkəz hücumçusu Aleksander Sörlotun “qaymaqlılar”a dörd vurmasına münasibətini açıqlayıb.
Hələ 34-cü turda çempionluğunu erkən surətdə rəsmiləşdirmiş “Real”, 37 oyundan 94 xalla “Real” La Liqanın əlçatmaz zirvəsində qərarlaşıb. “Vilyarreal” isə 52 xalla yarış cədvəlinin 8-ci pilləsindədir.


