Karlo Ançelotti “Real”ın gənc oyunçularını qiymətləndirdi

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisinin heyətində yer alan gənc futbolçularının çıxışını yüksək qiymətləndirib.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, karyeramda yaşadığım ən maraqlı gənc oyunçular dəstəsidirmi? Bəli, mən belə düşünürəm. Karyeramda çoxlu gənc oyunçularım olub, amma fikrimcə, bu dəstə həqiqətən yaxşıdır. Bu, klub və oyunçuların özləri üçün gözəl gələcək olacaq, çünki onlar həqiqətən yaxşıdırlar.

Onların təcrübəsi yoxdur, amma böyük həvəsləri var. Veteranlarla gənc oyunçular arasında yaxşı əlaqəmiz var. Son iki-üç ildə onlarla ünsiyyət həqiqətən də yaxşı olub”, deyə Karlo Ançelotti bildirib.

Hazırda “Real”ın heyətində 25 yaşa qədər 8 futbolçusu var: Orelyen Tçuameni, Eduardo Kamavinqa, Federiko Valverde, Cud Bellingem, Arda Gülər, Niko Pas, Vinisius və Rodriqo.

Xəbəri sosial şəbəkələrdə paylaş: