Karlo Ançelotti şəxsi rekordunu yenilədi

UEFA Çempionlar Liqasının sonuncu qalibi olan İspaniya nəhəngi “Real”ın baş məşqçisi Karlo Ançelotti şəxsi rekordunu yeniləyib.

Arena.az xəbər verir ki, bu, La Liqanın 5-ci turu çərçivəsində baş tutan “Real Sosyedad”la səfər oyununda reallaşıb.

“Real”ın 2:0 hesabı ilə qələbə qazandığı oyunda təcrübəli mütəxəssis ardıcıl 32-ci dəfə meydanı məğlubiyyətsiz tərk edib. Bu onun şəxsi rekordu olub. Komandanın Ançelottinin rəhbərliyi altında sonuncu məğlubiyyəti bu ilin yanvarında “Atletiko” ilə matçda (2:4) qeydə alınıb.

İtaliyalı mütəxəssis əvvəlki ən yaxşı məğlubiyyətsizlik seriyasına da 2013/2014 mövsümündə “Real”da çalışarkən imza atıb. Komanda onun rəhbərliyi altında 31 matçda uduzmayıb.

Xatırladaq ki, “Real” “Real Sosyedad”la oyunda Vinisius Junior (58) və Kilian Mbappenin (75) penaltidən vurduqları qollar sayəsində qələbə qazanıb – 2:0.

Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.

Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: