Karlo Ançelotti vergi fırıldağında ittiham edilir

“Real”ın baş məşqçisi Karlo Ançelotti vergi fırıldaqçılığında ittiham edilir və tezliklə məhkəmə qarşısına çıxmağa yaxındır.

Arena.az bu barədə “Marca”nın “El Mundo”ya istinadı əsasəndə məlumat verir.

Mənbənin məlumatına görə, italyan mütəxəssis 2014-cü ildə imic hüquqlarından əldə edilmiş 400 min avro məbləği vergilərdən gizlətməkdə ittiham edilir.

Hakimin Karlo Ançelottinin imic hüquqlarından əldə etdiyi pul məbləğini bəyan etmədiyinə qərar verməsinə rəğmən, istintaq Ançelottinin 2015-ci ildə baş verdiyi iddia edilən, xəzinədarlıq tərəfindən italyan mütəxəssisə aid edilən ikinci qanun pozuntusunda qətiyyən günahkar olmadığını sübut edib.

Çox güman ki, yaxın vaxtlarda baş tutacaq məhkəmə prosesi, məşqçinin cərimə ödəmədən həbsə razılıq verməsi ilə yekunlaşacaq.

Xatırladaq ki, daha əvvəl İspaniya prokurorluğu “Valensiya”nın Ançelottiyə qarşı iddiasını təmin etmişdi. “Valensiya” rəhbərliyi italyan mütəxəssisi saxta irqçi ittihamlarla klubun simasına və azarkeşlərinə xələl gətirməkdə ittiham edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: