“Karpatı” Rusiya ilə mümkün əlaqələrə görə “Çelsi”ni tənqidə tutdu

Ukraynanın “Karpatı” (Lvov) klubunun mətbuat xidməti Rusiya ilə mümkün biznez əlaqələrinə görə “Çelsi”ni tənqid atəşinə tutub.

Arena.az məlumat verir ki, məsələ “Çelsi”nin Rusiya ilə mümkün biznes əlaqələri olması təxmin edilən “BingX” kriptovalyuta birjası ilə əməkdaşlıq etməsi barədə bəyanatı ilə bağlıdır:

“Bəlkə bu, Mudrik üçün hədiyyədir? (Mixaylo dünən, yanvarın 5-də 23 yaşını qeyd edib – redaktorun qeydi). “BingX” ilə yeni müqavilə. Nə düzgün deyil? Onlar Rusiya ilə əməkdaşlıq etməkdə davam edirlər, orada tədbirlər keçirirlər.

Bu elanın ukraynalı oyunçunun doğum günündə bəyan edilməsi ikiqat rüsvayçılıqdır”, – Lvov sakinləri “X” sosial şəbəkəsində “Çelsi”nin komandanın ukraynalı sol vingeri Mixaylo Mudrikə ünvanladığı təbriki təkrar şərhlə qarşılayıblar.

Xatırladaq ki, daha əvvəl “Çelsi”nin “BingX” kriptovalyuta birjası ilə “zadəganlar”a ildə 10-12 milyon funt-sterlinq qazandıracaq müqaviləsi haqqında məlumat yayılmışdı. Şirkətin loqosu bu mövsüm “Çelsin”in futbol köynəklərinin qollarında əksini tapacaq və 2024/2025 mövsümündən etibarən klubun məşq dəstinə tətbiq ediləcək. 2023-cü ilin noyabrında “BingX” kriptovalyuta birjası “Skolkovo” İnnovasiya Mərkəzində keçirilmiş “Tech Week” konfransında iştirak edib və həmin tədbirdə özünü “Rusiya kriptoicmasının sadiq tərəfdarı” adlandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: