Kenan Karaman “Beşiktaş”da!

Futbol üzrə Türkiyə millisinin hücumçusu Kenan Karaman bundan sonrakı karyerasını “Beşiktaş”da davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə Super Liqanın son qalibinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, İstanbul təmsilçisinə azad agent statusunda keçib.

Qeyd edək ki, Almaniyada dünyaya göz açan Kenan Karaman, peşəkar karyerasına yetirməsi olduğu “Hoffenhaym” klubunda başlayıb. 2014-cü ildə o, bu klubdan ayrılaraq “Hannover”ə üz tutub. 2018-ci ildən isə hücumçu Düsseldorf “Fortuna”sının uğurları üçün çalışırdı. O, bu yay sözügedən klubdan ayrılmağa qərar vermişdi.

Türkiyə millisində 23 oyun keçirən Kenan, bu qarşılaşmalarda 5 qol da vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: