“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunda “Vest Hem”lə oyundan (5:1) sonra “qırmızılar”ın azarkeşlərini tənqid edib.
Arena.az BBC-yə istinadən alman mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Mən həmişə “Liverpul” azarkeşlərini tərifləmişəm. Bu, 60 və ya 70 ildə burada toplaşdıqları ən böyük izdihamdır, amma bu oyunda gördüyüm ən sakit izdihamdır.
Birinci hissədə, oğlanlar müstəsna oynayanda, arxamdakı ab-havadan o qədər də razı deyildim. İnsanlardan “onlar nə istəyirlər?” deyə soruşdum. Biz çox şeyi dəyişdik, “Vest Hem”i dəli kimi üstələyirdik və imkanları əldən buraxırdıq. Tribunada olsaydım, min faiz gərginlikdə olardım. Bilmirəm, “Mançester Yunayted”lə oyun o qədər pis alınıbmı ki, onları məğlub etmədiyimiz üçün üzrmü istəməliyik?
Bizə şənbə günü “Enfild” lazımdır. “Arsenal” bu həftə oynamayıb. Onlar haqqında bir şey bilən hər kəs hazır olacaqlarını bilir, ona görə də bizə “Enfild”in ilk saniyədən ayaq üstə olması və mənim üçün rəqib çalışdırıcı ilə mübahisə etməməyim gərəkdir. Əgər dekabrda futbol həddindən ziyadə çoxdursa, sizlər isə yaxşı formada deyilsinizsə, biletinizi başqasına verin”, deyə Klopp narazılığını ifadə edib.
Xatırladar ki, Premyer Liqanın növbəti, 18-ci turunda “Liverpul” “Enfild”də “Arsenal”lı qəbul edəcək. Oyun dekabrın 23-də Bakı vaxtı ilə 21:30-da başlayacaq.


